`Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğalla barışmayacaq` - General


15:08     14 İyun 2017 554159.jpg

"Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa edəcək".


Femida.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib. O bildirib ki, ötən ilin aprel ayında Azərbaycan ordusu düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib: "Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Bu döyüşlərin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır".

Femida.az

Açar sözlər:

Oxunub: 5576